Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin lizinq portfelin illik dinamikası üzrə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin lizinq portfelin illik dinamikası üzrə renkinqi
# 21 aprel 2011 11:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə lizinq şirkətlərinin lizinq portfelinin illik artım dinamikasına görə sıralamasını təqdim edir.

Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq təşkilatlarının lizinq portfelinin illik artım tempi barədə (2010-cu ilin aprelin 1-nə nisbətən) məlumat verilir:

 

Lizinq təşkilatları

İllik dinamika (%)

1

Ansar Leasing

19,10 dəfə

2

Qafqaz Leasing

68,85

3

Joint Leasing

6,62

4

Texnika Leasing

1,79

5

Nikoil Leasing

- 7,10

6

UniLeasing

- 7,88

7

AGLeasing

- 40,06

8

AtaLeasing*

-

9

MCB Leasing**

-


* «Ata Leasing» müvafiq göstəricilərini təqdim etməyib;
** «MCB Leasing» şirkəti 2010-cu ilin iyun ayında fəaliyyətə başlayıb.

Cədvəldən göründüyü kimi, ötən il ərzində lizinq xidmətləri bazarında «Ansar Leasing» şirkətində portfelin kəskin artımı müşahidə olunub.

Müsbət dinamika həmçinin «Qafqaz Leasing», «Joint Leasing» və «Texnika Leasing» şirkətləri üzrə müşahidə olunub.

Digər şirkətlərdə isə azalma baş verib. Mənfi dinamika maliyyə böhranının təsiri nəticəsində əksər lizinq şirkətləri tərəfindən maliyyələşdirmənin məhdudlaşdırması ilə bağlı olub.

Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 12-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR