Bank Of Baku

Azərbaycanda avtomobil sığortası üzrə yeni qurum yaradılacaq

Azərbaycanda avtomobil sığortası üzrə yeni qurum yaradılacaq
# 21 aprel 2011 13:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sənədə əsasən, bu Büro nəqliyyat vasitələri ilə sağlamlığına və ya əmlakına zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, həmçinin icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün hüquqi şəxslərin ittifaqı kimi təsis ediləcək. Başqa sözlə, bu qurumun təsisçiləri icbari sığorta ilə məşğul olan şirkətlər olacaq.

Qeyd edək ki, qanuna əsasən, nəqliyyat vasitələrinin ölkə ərazisində istifadəsi nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslər bu qurumdan kompensasiya alacaqlar.

Bundan başqa, sənədə əsasən, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə məlumat mübadiləsi və bu işə nəzarətin səmərəli aparılması üçün icbari sığorta üzrə, eləcə də müqavilələr, sığorta hadisələri, sığortaçılar, sığortalılar, zərərçəkənlər, nəqliyyat vasitələri və onların sahibləri haqqında vahid elektron informasiya sistemi yaradılacaq. İcbari sığorta ilə bağlı müqavilələr və onların detalları barədə məlumatlar bu sistemdə saxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR