Bank Of Baku

«Aqrarkredit» bu ilin I rübündə 300 min manatdan çox mənfəət əldə edib

«Aqrarkredit» bu ilin I rübündə 300 min manatdan çox mənfəət əldə edib
# 21 aprel 2011 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatının məcmu aktivləri 2011-ci ilin aprelin 1-nə 27,2 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 2,01% çoxdur.

Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, bu ilin I rübü ərzində qurumun kredit portfelinin həcmi sabit qalaraq 16,9 mln. manat, məcmu kapitalı 42,8% artaraq 19,7 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 18,5 mln. manat təşkil edib.

Təşkilatdan bildirilib ki, bu ilin yanvar-mart aylarında Kənd yerlərinin kreditləşməsi Layihəsinin xətti ilə 165 sahibkarlıq subyektinə 1,159 mln. manat, o cümlədən heyvandarlığın inkişafına 507 min manat, bitkiçiliyin inkişafına 115,4 min manat, ticarət və xidmət sahələrinə 500 min manat, digər sahələrə 36,5 min manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına isə 30 sahibkarlıq subyektinə 403 min manat həcmində kreditlər verilib.

Bundan başqa, «Aqrarkredit» tərəfindən Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) maliyyələşdirdiyi Şimal-Şərq kənd inkişaf Layihəsi çərçivəsində Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında 12 sahibkarlıq subyektinə və borcalan qrupuna 38 min manat, eləcə də Şimal-Qərb kənd inkişaf Layihəsi üzrə Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 145 borcalan qrupuna və fərdi sahibkara 380,2 min manat kredit ayrılıb.

Həmin dövr ərzində kredit təşkilatının filialları tərəfindən Yaponiya hökumətinin qrantı və Tərəfdaşlıq Fondu hesabına ötən illərdə alınmış və lizinq qaydasında kənd təsərrüfatı məhsulları istehsalçılarına icarəyə verilmiş kənd təsərrüfatı texnikalarının istifadəsindən Tərəfdaşlıq Fondunun hesabına 43,8 min manat vəsait toplanıb.

Qeyd olunan dövrdə təşkilatın ümumu gəlirləri 1,225 mln. manat, xərcləri isə 916 min manat təşkil edib. Nəticədə, qurumun əldə etdiyi mənfəətin həcmi 309,4 min manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR