Bank Of Baku

«Bank Standard» «Cash-in» tipli bankomatlar quraşdırır

«Bank Standard» «Cash-in» tipli bankomatlar quraşdırır
# 21 aprel 2011 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC «Cash-in» tipli bankomatların quraşdırılmasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nağd vəsait qəbulu funksiyası olan bu bankomatlar vasitəsilə plastik kart sahibləri öz hesablarını birbaşa bu cihazlardan istifadə etməklə artıra biləcəklər.

Bankdan bildirilib ki, bu cür bankomatlar müştərilərə banka müraciət etmədən bir çox bank əməliyyatlarını keçirməyə imkan verən mini-ofis kimi səciyyələndirilə bilər. Vəsaitlər kart hesabına dərhal, real vaxt rejimində köçürüləcək. Nağd pulun qəbulu funksiyası olan bu bankomatlardan biri artıq «Bank Standard»ın Azərbaycan prospektində yerləşən mərkəzi filialında yerləşdirilib.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 67 bankomatı, 420 POS-terminalı və 437 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR