Bank Of Baku

“American Express”in xalis mənfəəti 33% artıb

“American Express”in xalis mənfəəti 33% artıb
# 21 aprel 2011 14:07 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın ən böyük kredit kart operatoru “American Express”in xalis mənfəəti cari ilin I rübündə 33% artaraq 1,177 mlrd. dollara çatıb.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, ötən ilin müvafiq dövründə bu göstərici 88% olub.

“American Express”in gəliri hesabat dövründə 7% artaraq 7,03 mlrd. dollara yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 6,56 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, mənzil-qərargahı Nyu-Yorkda yerləşən “American Express” çoxprofilli şirkət olub, turizm, maliyyə və şəbəkə sahələrində fəaliyyət göstərir. 1850-ci ildə əsası qoyulan şirkət hazırda yol çekləri, ödəniş kartları, turizm, maliyyə planlaşdırması, biznes xidmətləri, investisiya məhsulları, sığorta və beynəlxalq bank xidmətləri bazarının lideridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR