Bank Of Baku

«AtaBank» yeni ödəmə sistemi tətbiq edib

«AtaBank» yeni ödəmə sistemi tətbiq edib
# 21 aprel 2011 14:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC «Bill Pay» adlı yeni ödəniş sistemini tətbiq edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sistem vasitəsi ilə bankın plastik kart sahibləri internet üzərindən kommunal ödənişləri və bir sıra digər xidmət haqlarını ödəyə biləcəklər.

Hazırda yeni «Bill Pay» sistemi vasitəsilə 40-a yaxın şirkətin (mobil rabitə operatorları, stasionar telefon, internet provayderləri və s. xidmətlər) xidmət haqlarını ödəmək mümkündür. Ödənişlərin «Bill Pay» vasitəsi ilə həyata keçirilməsi və şəxsi kabinetin yaradılmasının bir çox üstünlükləri var. Belə ki, ödənişlər hər-hansı komisyon haqqı ödənilmədən, onl-line rejimində həyata keçirilir.

Bundan başqa, hər ödənilmiş 1 manat məbləğinə, kart istifadəçisi 100 bonus xal qazanır. Sonradan kart istifadəçiləri müxtəlif kampaniyalarda iştirak edəcəklər. Kart istifadəçisi aparılmış bütün ödənişlər haqqında da məlumatı istənilən vaxt şəxsi kabinetindən ala bilər.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın 23 filialı, 54 bankomatı, 283 POS-terminalı və 279 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR