Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin vergi daxilolmaları I rübdə 15% artıb

Azərbaycan dövlət büdcəsinin vergi daxilolmaları I rübdə 15% artıb
# 21 aprel 2011 14:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın vergi orqanları bu ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinə 967,4 mln. manat proqnoza qarşı 1 161,5 mln. manat vəsait köçürüb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bununla da I rüb üzrə proqnoz 120,1% icra olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə daxilolmalar 152,0 mln. manat və ya 15,1% artıb.

Hesabat dövründə qeyri-neft sektoru üzrə büdcəyə 680,2 mln. manat daxil olub ki, bu da proqnoza nisbətən 99,3 mln. manat və ya 17,1% çoxdur. Ümumilikdə, yanvar-mart aylarında qeyri-neft sektoru üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 132,5 mln. manat və ya 24,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR