Bank Of Baku

«Dəmirbank»ın depozit portfeli son bir ildə 30% artıb

«Dəmirbank»ın depozit portfeli son bir ildə 30% artıb
# 22 aprel 2011 07:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 323,456 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,08% artaraq 237,279 mln. manat, depozit portfeli 29,33% artaraq 139,365 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın məcmu kapitalı 1,94% artaraq 48,562 mln. manat, o cümlədən nizamnamə kapitalı 5,2% artaraq 20 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın cəmi müştərilərinin sayı 19,15% artaraq 51 225, o cümlədən fiziki şəxslərin sayı 20,89% artaraq 50 094, hüquqi şəxslərin sayı isə 27,27% azalaraq 1 131 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 15,77% azalaraq 28 217, o cümlədən debet kartları 16,31% azalaraq 22 234-ə, kredit kartlarının sayı isə 13,65% azalaraq 5 883-ə çatıb.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin aprelin 1-nə bankın 30 filialı, 52 bankomatı, 253 POS-terminalı və 643 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR