Bank Of Baku

Azərbaycanda yeni icbari sığorta növü tətbiq edilir

Azərbaycanda yeni icbari sığorta növü tətbiq edilir
# 22 aprel 2011 07:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu sığorta növü müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və digər işlər aparılanda üçüncü şəxslərə dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Söhbət hüquqi şəxslərin öz fəaliyyətini, eləcə də sahibkarlıqla məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi bina, tikili, qurğu və sahələrdən gedir.

Qanuna görə, belə əmlakı olan və ya ona sahiblik edən, eləcə də həmin əmlakı icarəyə və ya etibarnamə ilə idarəetməyə götürən şəxslər bu sığorta növü ilə sığortalanmalıdır. Bu sığorta növü üzrə sığorta hadisəsi deyəndə elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın və ya belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri, qaz partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma, hər hansı kənar predmetin təsiri başa düşülür.

Sığorta hadisəsi zamanı üçüncü şəxslərə dəyən zərərə görə sığorta məbləği (ödənişi) fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə 50 min manata qədər, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat nəzərdə tutulub.

Sığorta hadisəsi nəticəsində fiziki şəxsin əmlakına zərər dəydiyi təqdirdə sığorta məbləği 50 min manat müəyyənləşdirilib. Qanun layihəsinə görə, bu sığorta növü üzrə sığorta haqlarının məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR