Bank Of Baku

Yaponiya hökuməti zəlzələnin nəticələrinin aradan qaldırılmasına rekord məbləğdə vəsait ayırıb

Yaponiya hökuməti zəlzələnin nəticələrinin aradan qaldırılmasına rekord məbləğdə vəsait ayırıb
# 22 aprel 2011 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiya hökuməti cari maliyyə ili üçün əlavə büdcə qəbul edib. “APA-Economics”in “Kiodo” agentliyinə istinadən xəbərinə görə, büdcədə bu il martın 11-də baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına 4,02 mlrd. yen (təxminən 50 mlrd. dollar) ayrılıb.

Bu zəlzələ İkinci Dünya müharibəsindən sonra Yaponiya iqtisadiyyatı üçün ən çox zərər verən hadisə olub. Buna görə də onun nəticələrinin aradan qaldırılmasına rekord məbləğdə vəsait ayrılıb. Yaponiya Maliyyə Nazirliyindən bildiriblər ki, dövlət zəlzələdən zərər çəkən regionların bərpası üçün əlavə qiymətli kağızlar buraxmadan vəsait tapmağa nail olacaq.

Qeyd edək ki, Yaponiya hökuməti zəlzələ və sunaminin ölkə iqtisadiyyatına vurduğu zərərin 300 mlrd. dollardan çox olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR