Bank Of Baku

«Azərbaycan Sənaye Bankı»nın yeni şöbəsi açılıb

«Azərbaycan Sənaye Bankı»nın yeni şöbəsi açılıb
# 22 aprel 2011 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin Bakı şəhərində yeni - Xətai şöbəsi fəaliyyətə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni şöbə «Bazarstore Xətai» (əvvəlki «Ramstore») supermarketində yerləşir.

Bankın «Xətai» şöbəsində müştərilərə fiziki və hüquqi şəxslər üçün hesabların açılması, hesablaşma-kassa xidmətlərinin göstərilməsi, pul köçürmələri, depozitlərin qəbulu, valyuta mübadiləsi, rabitə və kommunal ödənişlərin qəbulu və digər xidmətlər göstərilir.

Qeyd edək ki, «Xətai» şöbəsi iş vaxtı banka gələ bilməyən müştərilərin ehtiyaclarını və «Bazarstore» supermarketinin iş vaxtı rejimini nəzərə alaraq, həftənin bütün günləri saat 09:00-dan 22:00-a kimi fasiləsiz xidmət göstərəcək.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə fəaliyyətə başlayıb. Cari ilin aprelin 1-nə bankın aktivləri 189,393 mln. manat, depozit portfeli 131,058 mln. manat, kredit portfeli 97,757 mln. manat, nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Bankın ölkə üzrə 8 filialı, 32 bankomatı və 299 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 18 750-dən, cəmi müştərilərinin sayı isə 31 750-dən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR