Bank Of Baku

Melli İran Bankının Bakı filialı I rübü zərərlə başa vurub

Melli İran Bankının Bakı filialı I rübü zərərlə başa vurub
# 22 aprel 2011 09:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankı Bakı filialının 2011-ci ilin yanvar-mart aylarındakı zərəri 145,230 min manata çatıb. Bankın Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin I rübündə bankın mənfəəti 26,790 min manat olub.

Hesabat dövründə bankın ümumi gəlirləri 33,80% azalaraq 705,880 min manat, o cümlədən faiz gəlirləri 636,410 min manat, qeyri-faiz gəlirləri 69,470 min manat təşkil edib. Təhlil olunan dövr ərzində bankın xərcləri 18,13% azalaraq 851,110 min manat, o cümlədən faiz xərcləri 195,250 min manat, qeyri-faiz xərcləri isə 397,230 min manat olub.

Son bir il ərzində bankın faiz mənfəəti 441,160 min manat, qeyri-faiz zərəri isə 327,760 min manat olub.

Xatırladaq ki, Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 6 bankomatı, 1 POS-terminalı və 29 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR