Bank Of Baku

«Unibank» yeni ödəniş sisteminin tətbiqinə başlayıb

«Unibank» yeni ödəniş sisteminin tətbiqinə başlayıb
# 22 aprel 2011 11:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC «Billpay» adlı on-line ödəniş sisteminin tətbiqinə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq dörd mobil rabitə operatoru, bir sıra sığorta şirkətləri, internet, stasionar rabitə və kabel televiziyası provayderləri tərəfindən göstərilən xidmətlərin, habelə kommunal haqların ödənişlərini bankın saytı vasitəsi ilə («Viza» və «Master Card» kartları ilə) aparmaq mümkündür.

«Unibank» müştərilərin on-line rejimində ödəyə biləcəkləri xidmətlərin sayını 26-ya çatdırıb. İndi on-line ödəniş sistemində «Şəxsi kabinet» opsiyası mümkündür, bu da ödənişlər, plastik kart, onun sahibi və abonent kodları barədə bütün məlumatları yaddaşda saxlamaq deməkdir. Nəticədə, sistemdə qeydiyyatdan keçən hər bir istifadəçi istənilən vaxt arxiv yarada və öz ödənişləri üzrə çıxarışları çap edə bilər. Ən əsası isə belə müştərilər bonus proqramlarında və mükafatların oynanılmasında iştirak etmək imkanı qazanırlar.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR