Bank Of Baku

Dünyanın ən nəhəng şirkətlərinin reytinq cədvəli açıqlanıb

Dünyanın ən nəhəng şirkətlərinin reytinq cədvəli açıqlanıb
# 22 aprel 2011 13:23 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən nəhəng şirkətlərinin reytinq cədvəli açıqlanıb. “APA-Economics”in xəbərinə görə, cədvəldə şirkətlər mənfəət, gəlir, aktivlərin həcmi və bazar kapitallaşmasına görə qiymətləndirilib.

Ən gəlirli şirkətlərin reytinqinə İsveçrənin “Nestle” şirkəti başçılıq edir - 36,65 mlrd. dollar. İkinci yerdə ABŞ-ın “ExxonMobil” (30,46 mlrd. dollar), üçüncü yerdə isə Rusiyanın “Qazprom” şirkəti (25,7 mlrd. dollar) gəlir.

Kapitallaşmanın həcminə görə liderlik “ExxonMobil” şirkətinə məxsusdur - 407,2 mlrd. dollar. İlk üçlüyü “Apple” (324,3 mlrd. dollar) və “PetroChina” (320,8 mlrd. dollar) tamamlayır.

“Forbes”in ümumi reytinqinə isə artıq ikinci ildir ABŞ-ın “JPMorgan Chase” bankı öncüllük edir. Maraqlıdır ki, bu bank ayrı-ayrı göstəricilərə görə hətta ilk onluğa da düşə bilməyib. İkinci yerdə Böyük Britaniyanın “HSBC” bankı, üçüncü yerdə isə ABŞ-ın “General Electric” şirkəti gəlir.

Reytinqdə daha çox (536) ABŞ şirkətləri yer alıb. Yaponiya 260, Çin 121, Kanada 67, Cənubi Koreya 61, Rusiya isə 3 (“Qazprom”, LUKoil”, “Rosneft”) şirkətlə təmsil olunur.

Reytinq cədvəlində yer alan 2000 şirkətin məcmu kapitallaşması 38 trln. dollar həcmində qiymətləndirilir. Onların ümumi gəliri bir il ərzində 1 trln. dollar artaraq 2,4 trln. dollara yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR