Bank Of Baku

«Turanbank» son bir ildə kredit portfelini 36% artırıb

«Turanbank» son bir ildə kredit portfelini 36% artırıb
# 22 aprel 2011 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 112,507 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 36,15% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 12 ayadək verilən kreditlər 5,44% artaraq 22,939 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər 47,13% artaraq 89,568 mln. manat, istehlak kreditləri 2,1 dəfə artaraq 18,568 mln. manat, vaxtı keçmiş kreditlər isə 2,2 dəfə artaraq 5,547 mln. manat təşkil edib.

Həmçinin, bu müddət ərzində bankın Azərbaycan İpoteka Fondunun xətti ilə verdiyi kreditlərin həcmi 56,92% artaraq 6,109 mln. manat, öz ipoteka proqramı vasitəsi ilə ayırdığı kreditlərin həcmi 23,39% artaraq 14,706 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın qiymətli kağızlara yatırdığı investisiyaların həcmi 7,65 dəfə azalaraq 0,415 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR