Bank Of Baku

«Parabank»ın depozit portfeli son bir ildə 16% genişlənib

«Parabank»ın depozit portfeli son bir ildə 16% genişlənib
# 22 aprel 2011 14:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 64,187 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15,88% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müddətli depozitlər 14,73% genişlənərək 61,676 mln. manata, tələb olunanadək depozitlər 53,58% artaraq 2,511 mln. manata, əhalinin əmanətləri isə 15,94% artaraq 63,579 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın xarici öhdəlikləri 5,87% artaraq 39,900 mln. manat olub. Bundan başqa, ötən ilin I rübündən fərqli olaraq, bu ilin yanvar-mart aylarında bankın qiymətli kağızlar bazarına yatırdığı investisiyaların həcmi sıfıra bərabər olub. Qeyd edək ki, ötən ilin I rübündə bank sözügedən sahəyə 553,53 min manat həcmində investisiya yatırıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 16 filialı, 18 bankomatı, 148 POS-terminalı və 454 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR