Bank Of Baku

Şəkidə «Korrupsiya riskləri və onların aradan qaldırılması» mövzusunda tədbir keçirilib

Şəkidə «Korrupsiya riskləri və onların aradan qaldırılması» mövzusunda tədbir keçirilib
# 22 aprel 2011 15:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Şəkidə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Korrupsiya riskləri və onların aradan qaldırılması» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 70-dən çox sahibkar iştirak edib ki, sözügedən qurumların nümayəndələri mövzu ilə bağlı tədbirdə məruzələrlə çıxış edib.

Tədbirdə həmçinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən sahibkarlar üçün «Maliyyə xarakterli məlumatların təqdim olunması korrupsiyaya qarşı mübarizə vasitəsi kimi. İnformasiya əldə etmək və məlumatın əldə edilməsi azadlığının təmin olunması» mövzusunda təqdimat keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR