Bank Of Baku

“Bank Respublika” mərkəzləşmiş informasiya sisteminə qoşulan terminalların sayının artırır

“Bank Respublika” mərkəzləşmiş informasiya sisteminə qoşulan terminalların sayının artırır
# 23 aprel 2011 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. “Bank Respublika” ASC Kommunal Ödənişlər üzrə Mərkəzləşmiş İnformasiya Sisteminə (KOMİS) qoşulan 5 terminalını quraşdırıb. Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, bu terminallar vasitəsilə müştərilər mobil rabitə (“Azerfon”, “Azercell”, “Bakcell”, “Azerfon-Vodafon”), telefon (BTRİB), peyk və kabel televiziyası (“Connect TV”, “Catel”, “B&Btv”»), internet (“Hotnet”, “Alfanet” (Dialup, ADSL), “Connect” (Dialup, ADSL), “Elcell”) və kommunal (“Bakıelektrikşəbəkə”, “Azəriqaz”ın smart-kartları) xidmətlərinin ödənişini aparmaq imkanına malikdirlər.
Bankdan bildirilib ki, yeni terminallar bankın baş ofisində, Nəsimi, Bakıxanov, Sumqayıt filiallarında, həmçinin Yasamal şöbəsində quraşdırılıb. Bundan öncə isə Əhmədli, Neftçilər, Azadlıq, Azneft filiallarında, “Memar Əcəmi” və “Ağa Nemətulla” şöbəsində də terminallar quraşdırılıb. Bununla da, terminalların ümumi sayı 11-ə çatıb.
Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalının 25%+1 səhm paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – “DEG İnvestisiya Şirkəti” və “Sparkassen İnternational Development Trust” təmsil olunur. Cari ilin yanvar ayının 1-nə bankın 27 filialı, 44 bankomatı və 260 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR