Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının rəhbəri maliyyə çatışmazlığı səbəbindən Ümumdünya Kredit İttifaqları Şurasının yubileyinə qatılmayacaq

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının rəhbəri maliyyə çatışmazlığı səbəbindən Ümumdünya Kredit İttifaqları Şurasının yubileyinə qatılmayacaq
# 23 aprel 2011 16:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İyulun 24-27-də Şotlandiyanın Qlazqo şəhərində Ümumdünya Kredit İttifaqları Şurasının (World Council of Credit Unions - WOCCU) yaradılmasının 40 illiyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə “APA-Economics”ə açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) İdarə Heyətinin sədri Elçin Bağırov məlumat verib. O bildirib ki, yubiley tədbirində dünyanın 50 ölkəsinin (Azərbaycan da daxil olmaqla) kredit ittifaqlarından 1500-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

E. Bağırov maliyyə problemi ucbatından tədbirə qatıla bilməyəcəyini söyləyib: “Mən maliyyə çatışmazlığı ilə əlaqədar bu tədbirdə iştirak edə bilməyəcəyəm. Ola bilsin ki, ölkədə fəaliyyət göstərən hansısa kredit ittifaqının nümayəndəsi həmin tədbirdə Azərbaycanı təmsil etsin”.

Qeyd edək ki, WOCCU 1971-ci ildə yaradılıb və dünyanın ən böyük kredit ittifaqları assosiasiyasıdır. Quruma 97 ölkə daxildir. Üzvlər dünya üzrə 184 milyona yaxın payçıdan ibarət olan, 49 330 kredit ittifaqını təmsil edən kredit ittifaqlarının regional və milli assosiasiyalarından ibarətdir. Bu kredit ittifaqlarının aktivlərinin ümumi həcmi 1,353 trilyon ABŞ dollarına çatır.

AKİA isə 2009-cu ildən WOCCU-nun üzvdür. AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 79 kredit ittifaqından 70-i bu qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqının miqdarı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR