“Texnikabank” ASC “A.M.A.Y.”-ın rəhbəri Abdulla Abdullayevin ittihamları ilə əlaqədar açıqlama yayıb
“Texnikabank” ASC bildirir ki, “A.M.A.Y.” şirkətinə məxsus inzibati binanın ayrı-ayrı hissələri həmin kreditlərin təminatı kimi müvafiq qaydada sənədləşdirilib: “Lakin sonradan aparılan monitorinqlər nəticəsində məlum olub ki, alınmış kredit resursları həmin şirkətlərin genişləndirilməsi və ticarət işlərinin aparılması üçün istifadə edilmək əvəzinə, “A.M.A.Y.” şirkətinə və onun rəhbəri A.Abdullayevə verilib. Kreditlərin vaxtının keçməsinə, dəfələrlə uzadılması və restrukturizasiya edilməsinə baxmayaraq, kreditlərin qaytarılması təmin edilməyib. Tərəfimizdən qanuna uyğun olaraq istintaq orqanlarına müraciət olunub və götürülmüş kreditlərin təyinatına uyğun istifadə edilmədiyi müəyyən edilib. Hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə istintaqı aparılır”.
“Texnikabank” bəyan edir ki, “A.M.A.Y.” şirkətinin rəhbərliyi və onun ətrafına toplaşan bir neçə insan kredit resurslarının təyinatına uyğun istifadə etməməklə müvafiq qaydada cinayət törədib: “Onlar törətdikləri cinayətləri başa düşür və cəzadan yüngül qurtarmaq üçün mətbuat konfransında yanlış məlumatlar verməklə törətdikləri cinayəti ört-basdır etmək, ictimaiyyətdə və bəzi mətbuat orqanlarında çaşqınlıq yaratmaq, istintaq və məhkəmə orqanlarına şər-böhtan ataraq onların işinə təsir göstərmək istəyirlər. A.Abdullayev mətbuat konfransında “A.M.A.Y.” şirkətlər qrupunun Sahibkarlığa Kömək Milli Fondundan, “Azərbaycan Sənaye Bankı”ndan, “Parex Leasing & Faktoring” şirkətindən və digər qurumlardan kredit və lizinq üzrə borclarının mövcudluğunu etiraf edib. Eyni zamanda ölkədə və xaricdə fəaliyyət göstərən maliyyə və bank təşkilatlarını, fiziki və hüquqi şəxsləri aldadaraq bu və ya digər şəkildə götürülmüş borcların ödənilməsindən yayınmağa çalışıb”.
“Texnikabank” ASC “A.M.A.Y.” şirkətlər qrupunun rəhbərinə və cinayət işi üzrə istifadə etdiyi insanlara tövsiyə edir ki, şantaj xarakterli hərəkətlər və şər-böhtanlarla dövlət və qeyri-dövlət qurumlarını suçlamaqdansa, onların qarşısında öhdəliklərini yerinə yetirməsi üçün likvid aktivlərini səfərbər edərək konkret və əməli tədbirlər görsün.
Maliyyə
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Xəbər Lenti
Heqset NATO-dan olan həmkarları ilə ittifaqa töhfələrinin artırılmasını müzakirə edəcək
DÇ-26: İraq – Norveç 1:4
Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək
Papa XIV Leo İran memorandumunun münaqişəyə son qoyacağına ümid etdiyini deyib
İsveçrə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
DÇ-2026: Fransa 3 xalı 3 qolla qazanıb
Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni bloklayıb
Merz: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün ilk real şans yaranıb
Çin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb edib
Almaniya PUA-lardan müdafiəyə 16 milyard avro investisiya qoymaq niyyətindədir
Xmelnitskidə Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb, hər iki ekipaj üzvü həlak olub - YENİLƏNİB
Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb
Ağ Ev Trampın Heqseti işdən çıxarmağı düşündüyü barədə şayiələri təkzib edib
UEFA Konfrans Liqası: “Zirə” Gürcüstan komandası ilə qarşılaşacaq
UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib
İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatıb
Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var
Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib
Yuri Uşakov: Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb
NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq
Putin Kazanda Hakan Fidanla görüşəcək
Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub
Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət edib
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olub - YENİLƏNİB
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək
Rusiya və Türkiyə Qara dənizdə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edəcək
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib - FOTO
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Xankəndi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Tramp: İranın nüvə materialını ələ keçirdikdən sonra məhv edəcəyik
ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edəcək
SOCAR-ın vitse-prezidenti: Yeni enerji tələbatı bizi qazdan elektrik istehsalı sahəsinə yönəldib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib
Tramp: İranla əlaqələr normallaşıb, Hörmüz boğazı açıq qalacaq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB