Bank Of Baku

«Unibank»ın depozit portfeli son bir ildə 12% artıb

«Unibank»ın depozit portfeli son bir ildə 12% artıb
# 25 aprel 2011 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 163,762 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müddətli depozitlərin həcmi 20,5% artaraq 120,068 mln. manata, tələb olunanadək depozitlər isə 5,5% azalaraq 43,694 mln. manat təşkil edib. Əhalinin əmanətləri son bir ildə 28,6% artaraq 128,188 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın xarici öhdəlikləri 4% artaraq 85,210 mln. manat olub.

Bundan başqa, ötən ilin I rübündən fərqli olaraq, bu ilin yanvar-mart aylarında bankın qiymətli kağızlar bazarına yatırdığı investisiyaların həcmi sıfıra bərabər olub. Qeyd edək ki, ötən ilin I rübündə bank sözügedən sahəyə 8,051 mln. manat həcmində investisiya yatırıb.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR