Bank Of Baku

Tələbələr üçün bank fəaliyyəti ilə bağlı treninq keçirilir

Tələbələr üçün bank fəaliyyəti ilə bağlı treninq keçirilir
# 25 aprel 2011 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) və «Junior Achievement Azerbaijan» (JAA) təşkilatı ölkədəki ali təhsil məktəblərində iqtisadiyyatın tədrisi proqramı çərçivəsində «Banklar fəaliyyətdə» adlı layihənin icrasına başlayıb.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, layihənin tərkib hissəsi olan treninqlər aprelin 25-29-da AMB-də keçiriləcək. Treninqlərdə Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət və Qafqaz universitetlərinin iqtisadiyyat fakültələrinin 40-a yaxın tələbəsi iştirak edəcək.

Treninqdə tələbələr bank sisteminin quruluşu, onun müxtəlif iştirakçıları, AMB-nin vəzifə və funksiyaları, onun milli iqtisadiyyatdakı rolu haqqında ətraflı məlumat əldə edəcəklər. Tələbələr həmçinin bankların üzləşdiyi risklər, risk idarəetməsi mexanizmləri, müxtəlif maliyyə alətlərinin mahiyyəti, onları müqayisə etmək üsulları ilə tanış olacaqlar.

Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR