Bank Of Baku

«TBC Kredit» avtomobil kreditlərinin şərtlərini yumşaldıb

«TBC Kredit» avtomobil kreditlərinin şərtlərini yumşaldıb
# 25 aprel 2011 11:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatı «Avtomobil kreditləri» məhsulunun şərtlərini yumşaldıb.

«TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, kreditlə istənilən avtomobili (yeni və ya işlənmiş), ilkin ödənişsiz və kreditin müddəti 3 ilə qədər olduqda sığortasız əldə etmək mümkündür.

Şərtlərə görə, avtomobil kreditlərinin maksimal məbləği 50 min manat, müddəti isə 5 il təşkil edir. Kreditin illik faiz dərəcəsi 18-19%-dir. Kredit girovu rolunda alınan maşın çıxış edir.

Xatırladaq ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Məlumat üçün qeyd edək ki, 2007-ci ilin dekabr ayından şirkətin səhmlərinin 75%-i Gürcüstanın «TBC Bank»ına, 25%-i isə «ShoreBank International Ltd» (ABŞ) şirkətinə məxsusdur. Cari ilin aprelin 1-nə təşkilatın kredit portfelinin həcmi 21 mln. ABŞ dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR