Bank Of Baku

Bakıda beynəlxalq sığorta forumu keçiriləcək

Bakıda beynəlxalq sığorta forumu keçiriləcək
# 25 aprel 2011 12:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yayında Azərbaycanda növbəti beynəlxalq sığorta forumu keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, ASA-nın təsisçilərinin ümumi yığıncağında iyul ayının əvvəlində Bakıda beynəlxalq sığorta forumunun keçirilməsi məsələsi təsdiq edilib: «İclasda ASA tərəfindən beynəlxalq forumun keçirilməsi təklifi irəli sürülüb və bu təklif sığorta şirkətləri tərəfindən müsbət qəbul edilib. Tədbirin təşkili üçün şirkətlər tərəfindən müəyyən vəsaitin ayrılması məsələsi də müzakirə olunub».

A.Əliyev bildirib ki, iclasda ASA-da daha bir komitənin – Problemli Müştərilərin İşi üzrə Komitənin yaradılması təklifi də səsverməyə çıxarılıb. Lakin yetərsəs olmadığı üçün bu komitənin yaradılması məqbul hesab edilməyib. Əksər üzvlər Komitənin yaradılması ilə məsələsinin əleyhinə çıxış etməsində bu məsələ ilə Dövlət Sığorta Nəzarəti Xidmətinin məşğul olmasını əsas kimi göstərib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir. ASA-nın 2011-ci il üçün büdcəsi təxminən 150 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR