Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verdiyi avadanlıqların dəyərinin illik dinamikası üzrə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin lizinqə verdiyi avadanlıqların dəyərinin illik dinamikası üzrə renkinqi
# 25 aprel 2011 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə ölkədəki lizinq şirkətlərinin lizinqə verdiyi avadanlıqların dəyərinin illik dinamikası üzrə sıralamasını təqdim edir.

Aşağıdakı cədvəldə ölkədəki lizinq şirkətləri tərəfindən lizinqə verilən avadanlıqların dəyərinin illik dinamikası (01.04.2010-cu ilə nisbətən) barədə məlumat verilir:

 

Lizinq şirkətləri

illik artımı (%)

1

Ansar Leasing

19,7 dəfə

2

Qafqaz Leasing

323,12

3

Joint Leasing

9,09

4

Texnika Leasing

- 5,88

5

UniLeasing

-25,18

6

AGLeasing

- 34,11

7

AtaLeasing*

-

8

Nikoil Leasing*

-

9

MCB Leasing*

-


* «AtaLeasing» və «Nikoil Leasing» şirkətləri müvafiq göstəriciləri təqdim etməyib

Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında verilən avadanlıqların dəyərinin illik dinamikasına görə «Ansar Leasing» şirkəti liderlik edir. Belə ki, bu şirkətin son bir ildə lizinqə verdiyi avadanlıqların dəyərinin artımı təxminən 20 dəfə olub. İlk üçlüyə həmçinin «Qafqaz Leasing» və «Joint Leasing» şirkətləri daxildir.

Xatırladaq ki, «MCB Leasing» şirkəti 2010-cu ilin iyun ayında faktiki fəaliyyətə başlayıb.

Hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR