Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyinə ayrılan dövlət vəsaitlərinin istifadəsi araşdırılacaq

Azərbaycan Təhsil Nazirliyinə ayrılan dövlət vəsaitlərinin istifadəsi araşdırılacaq
# 25 aprel 2011 13:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə dövlət büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə audit tədbirinin nəticələri barədə hesabat və rəy müzakirə edilərək təsdiq olunub. Bu barədə «APA-Economics»ə Hesablama Palatasından məlumat verilib.

İclasda həmçinin, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil bölməsi üzrə Təhsil Nazirliyinə (o cümlədən, məktəbdənkənar müəssisələrə, internatlara, xüsusi rejimli internatlara, uşaq evlərinə və digər təhsil müəssisələrinə) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, «Azərlotereya» ASC tərəfindən lotereyaların təşkili və keçirilməsi, emissiya edilən lotereyaların həcmi, strukturu, satışı və əldə edilən vəsaitlərin təyinatı üzrə istifadəsinə dair audit proqramları təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR