Bank Of Baku

Azərbaycanda daha bir brokerə lisenziya verilib

Azərbaycanda daha bir brokerə lisenziya verilib
# 25 aprel 2011 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) daha bir şirkətə broker fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «International Transaction System» MMC-yə broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Lisenziyanın müddəti 5 il təşkil edir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 4 qiymətli kağızların idarə edilməsi, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR