Bank Of Baku

«Parabank» bu ilin I rübündə aktivlərini 11% artırıb

«Parabank» bu ilin I rübündə aktivlərini 11% artırıb
# 25 aprel 2011 14:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 105,861 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,44% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12,10% artaraq 72,553 mln. manata, depozit portfeli 15,88% genişlənərək 64,187 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 2,34% azalaraq 12,827 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 11,570 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 5,22% artaraq 16 608, o cümlədən fiziki şəxslərin sayı 30,74% artaraq 15 563, hüquqi şəxslərin sayı isə 33,63% artaraq 1 045 olub. Bankın aktiv plastik kartlarının sayı 61,30% artaraq 5 444-ə, o cümlədən debet kartlarının sayı 45,86% artaraq 3 537-ə, kredit kartlarının sayı isə 2 dəfə artaraq 1 907-yə çatıb.

Bununla yanaşı, son bir ildə bankın işçilərinin sayı 17,31% artaraq 454 nəfər, orta aylıq əmək haqqı 5,48% artaraq 462 manat olub.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 16 filialı, 18 bankomatı və 148 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR