Bank Of Baku

«AGBank»ın aktivləri son bir ildə 16% artıb

«AGBank»ın aktivləri son bir ildə 16% artıb
# 26 aprel 2011 07:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 276,818 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 15,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 21,2% genişlənərək 144,364 mln. manat, kredit portfeli 0,9% artaraq 193,524 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 15,8% artaraq 37,696 mln. manat, o cümlədən nizamnamə kapitalı 32,9% artaraq 19,933 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 13,2% artaraq 95 204, o cümlədən fiziki şəxsləri sayı 13,8% artaraq 90 742, hüquqi şəxslərin sayı 2,08% artaraq 4 462 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 13,9% artaraq 35 557-yə, o cümlədən debet kartlarının sayı 13% artaraq 27 097-yə, kredit kartlarının sayı 17% artaraq 8 460-a çatıb.

Bu dövrdə bankın işçilərinin sayı 6,3% artaraq 509 nəfər, orta aylıq əmək haqqı 7,2% artaraq 1 040 manat təşkil edib.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı və 377 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR