Bank Of Baku

Yaxın iki ildə Azərbaycan sığorta bazarının 2 dəfə artacağı gözlənilir

Yaxın iki ildə Azərbaycan sığorta bazarının 2 dəfə artacağı gözlənilir
# 26 aprel 2011 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il ərzində Azərbaycanın sığorta bazarında toplam 180 mln. manat həcmində sığorta haqlarının yığımı gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, «İcbari sığortalar haqqında» yeni qanun layihəsi qəbul edilərsə, sığorta bazarın potensialı daha 50-60 mln. manat arta bilər: «Bu qanun layihəsi əhali üçün vacib sosial müdafiə aləti hesab olunur. Çünki bu sənəddə nəzərdə tutulan icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi daşıyır».

A.Əliyev qeyd edib ki, ASA 2012-ci ildə Azərbaycandakı sığorta şirkətlərinin məcmu daxilolmalarının 300 mln. manata çatacağını proqnozlaşdırır. Bu isə 2010-cu ilin faktiki göstəricisinə nisbətən təxminən 2 dəfə çoxdur.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir. ASA-nın 2011-ci il üçün büdcəsi təxminən 150 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR