Bank Of Baku

Rusiya tütün və alkoqola aksiz vergilərini kəskin artırmaqdan imtina edib

Rusiya tütün və alkoqola aksiz vergilərini kəskin artırmaqdan imtina edib
# 26 aprel 2011 08:53 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyada tütün və alkoqola aksiz vergilərinin artımı yaxın illərdə 25-30% təşkil edəcək. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Rusiyanın maliyyə naziri Aleksey Kudrin bildirib.

Maliyyə Nazirliyinin təklifinə əsasən, spirtə aksiz vergisi 1 yanvar 2012-ci ildən 20% artaraq 277,2 rubla (9,5 dollar), 1 yanvar 2012-ci ildən 462 rubla (16 dollar), 2013-cü ildən 693 rubla (24 dollar), 2014-cü ildən 900,9 rubla (31 dollar) çatacaq. Bundan sonra 0,5 litrlik arağın satışından büdcəyə 180 rubl (6,2 dollar) daxil olacaq. hazırda bu göstərici 46,2 rubl (1,5 dollar) təşkil edir.

Tütünə aksiz vergisi isə 2012-ci ildə 60% artaraq 448 rubl (15,5 dollar), 2013-cü ildən 672 rubl (23 dollar), 2014-cü ildən 873,6 rubl (30 dollar) olacaq.

Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin birgə kollegiyasında çıxış edən A.Kudrin qeyd edib ki, Rusiyada tütün və alkoqola aksiz vergiləri əvvəldən planlaşdırılan kimi, kəskin deyil, tədricən - ildə 25-30% artırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR