Bank Of Baku

«Bank Nikoil» plastik kartları üzrə internet saytını təqdim edib

«Bank Nikoil» plastik kartları üzrə internet saytını təqdim edib
# 26 aprel 2011 09:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Bank Nikoil» ASC plastik kartlar üzrə yeni internet saytını (www.nikoilcard.az) istifadəyə verib. Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni sayt vasitəsi ilə müştərilər kart hesablarında vəsait qalıqlarına nəzarət, plastik kartların on-line sifarişi, kommunal və digər ödənişlər apara və digər əməliyyatlar həyata keçirə biləcəklər.

Əlavə olaraq Bank saytda qeydiyyatdan keçən və on-line sifariş verənlər üçün aksiya keçirir. Belə ki, mayın 31-dən aksiya çərçivəsində «Visa Classic» və «MasterCard Standard» plastik kartlarını sifariş edən hər kəs illik 5% gəlirlikli «BU|Card» kartını pulsuz əldə edəcək, «Visa Gold» və «MasterCard Gold» kartı sifariş edənlər isə kartı 50%-lik endirimlə əldə edə bilər və ya kartın dəyərini tam ödəməklə «Atəşgah Sığorta» şirkətindən bir illik turizm sığorta paketi əldə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR