Bank Of Baku

Bakıda «İcbari sığortalar haqqında» qanun layihəsinə dair müzakirələr aparılıb

Bakıda «İcbari sığortalar haqqında» qanun layihəsinə dair müzakirələr aparılıb
# 26 aprel 2011 12:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Azər Əliyevlə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədr müavini, «İcbari sığortalar haqqında» qanun layihəsinin müzakirələri ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Çingiz Əsədullayev arasında görüş keçirilib.

ASA-dan «APA-Economics»ə verilən məlumata görə, sığorta şirkətlərinin nümayəndələrinin qatıldığı görüşdə qeyd olunub ki, qanun layihəsinin təsdiq edilməsi mülkiyyətin təhlükəsizliyinin təmin edilməsi, həmçinin dövlət vəsaitinə qənaət və risklərdən müdafiəyə imkan verəcək.

Görüşdə Ç.Əsədullayev bildirib ki, bu gün ölkədə aparılan islahatların, sürətləndirilmiş iqtisadi inkişafın dinamikası ilə sığorta bazarının inkişafı səviyyəsi arasında uyğunsuzluq mövcuddur. «Müzakirə olunan qanun layihəsi sözsüz ki, bu disbalansı azaldacaq, ancaq layihəni daha da optimallaşdırmaq və ən əsası əhali üçün maksimum anlaşıqlı etmək lazımdır. Bu zərər olduğu halda maliyyə itkilərinin ödənilməsinin anlaşılan mexanizmi olmalıdır», - deyə Ç.Əsədullayev qeyd edib.

Millət vəkili qanun layihəsinin ayrıca texniki aspektlərinin yenidən işlənməsini, qanunun icrasına nəzarət yollarının axtarılmasını, həmçinin layihənin regionlarda icrası ilə əlaqədar yarana biləcək çətinliklərlə bağlı təkliflərin hazırlanmasını tövsiyə edib.

Xatırladaq ki, bu yaxınlarda işçi qrupunun geniş tərkibli növbəti iclası keçiriləcək və sığortaçılar Milli Məclis üzvləri qarşısında görülmüş işlər və edilmiş dəyişikliklər barədə təqdimatla çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR