Bank Of Baku

Çernobıl qəzasının Ukrayna iqtisadiyyatına vurduğu zərərin miqdarı açıqlanıb

Çernobıl qəzasının Ukrayna iqtisadiyyatına vurduğu zərərin miqdarı açıqlanıb
# 26 aprel 2011 12:48 (UTC +04:00)
Bakı - APA-Economics. Çernobıl qəzası Ukrayna iqtisadiyyatına 180 mlrd. dollar zərər vurub. “APA-Economics”in xəbərinə görə, bu barədə Ukraynanın baş naziri Nikolay Azarov Çernobıl qəzasının 25 illiyi ilə bağlı yaydığı müraciətində bildirib.

N.Azarov qeyd edib ki, çətin iqtisadi durumda olmasına baxmayaraq, Ukrayna qəzanın nəticələrinin aradan qaldırılmasını son 20 ildə öz imkanları hesabına maliyyələşdirir: “Müxtəlif illərdə qəzanın nəticələrinin aradan qaldırılmasına sərf olunan vəsait dövlət büdcəsinin 10%-nə çatıb”.

Baş nazirin sözlərinə görə, Çernobıl AES-də baş verən partlayış Ukrayna, Rusiya və Belarusun 145 min kv. km ərazisinin radionuklidlərlə çirklənməsinə səbəb olub. Ukraynada 2,2 mln. nəfər qəzadan zərər çəkib ki, onların da 255 min nəfəri qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-in dördüncü enerji blokunda partlayış baş verib. Partlayış nəticəsində dördüncü blokun reaktoru tamamilə dağılıb. Qəzadan sonra atmosferə 190 ton radioaktiv maddə yayılıb. Ekspertlərin məlumatlarına əsasən radioaktiv tullantıların ümumi miqdarı 50 milyon Küri təşkil edib ki, bu da 1945-ci ildə Xirosimaya atılan atom bombasından 500 dəfə güclüdür.

Çernobıl AES 2000-ci il dekabrın 15-də bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR