Bank Of Baku

«Unibank» qısamüddətli kreditləşməni kəskin artırıb

«Unibank» qısamüddətli kreditləşməni kəskin artırıb
# 26 aprel 2011 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 246,281 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11,59% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 12 ayadək verilmiş kreditlərin həcmi 15 dəfə artaraq 27,286 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 0,04% artaraq 218,995 mln. manat, istehlak kreditləri isə 6,4% artaraq 138,884 mln. manat olub.

Bu dövr ərzində Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlər 80% artaraq 11,689 mln. manat, bankın öz proqramı hesabına verdiyi kreditlərin həcmi isə 12% azalaraq 27,211 mln. manat təşkil edib.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR