Bank Of Baku

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi ölkənin 38 aylıq idxalına bərabərdir

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi ölkənin 38 aylıq idxalına bərabərdir
# 26 aprel 2011 13:59 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, strateji valyuta ehtiyatlarının həcmi ölkənin 38 aylıq mal və xidmətlərin idxalının ödənilməsinə kifayət edir.

Qeyd edək ki, 2010-cu ilin tədiyə balansının göstəricilərinə əsasən, Azərbaycanın illik mal və xidmətlər idxalı 10,273 mlrd. dollara bərabərdir.

Göründüyü kimi, Dövlət Neft Fondunun ehtiyatları üzrə sözügedən göstərici 30 ay, Mərkəzi Bankın ehtiyatları üzrə isə 8 aya bərabərdir.

Həmin göstərici ölkənin öz idxalını yalnız strateji ehtiyatlar hesabına ödəmək qabiliyyətinin qiymətləndirilməsi üçün istifadə olunur. Dünya praktikasında inkişafda olan ölkələr üçün strateji ehtiyatları ən azı 3 aylıq mal və xidmət idxalına bərabər olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR