Bank Of Baku

Azərbaycan əhalisinin ümumi gəlirlərinin 10%-i sərbəst vəsait kimi qalıb

Azərbaycan əhalisinin ümumi gəlirlərinin 10%-i sərbəst vəsait kimi qalıb
# 26 aprel 2011 14:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan əhalisi 2011-ci ilin I rübü ərzində əldə etdiyi 6,5 mlrd. manatlıq gəlirin 20,6%-ni yığım və kapitalın artırılmasına yönəldib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, hesabat rübündə yığımın həcmi 1,229 mlrd. manata bərabər olub.

Qeyd edək ki, bank sektoru üzrə yanvar-mart aylarına dair statistik göstəricilər hələ açıqlanmayıb və bu səbəbdən rüblük hesabatlar əsasında dəqiq müqayisə aparmaq mümkün deyil. Lakin yanvar-fevral ayları üzrə müqayisənin aparılması ümumi tendensiyanı əks etdirə bilər. Belə ki, yanvar-fevral aylarında əhalinin yığımları 777 mln. manat təşkil edib. Eyni zamanda, həmin dövr ərzində əhalinin bank əmanətləri 113,1 mln. manat artıb. Beləliklə, əhalinin sərəncamında olan vəsaitlərin ən azı 85,4%-i əhalinin özündə saxlanılıb. Bu göstərici daha da yüksək ola bilər, çünki əmanətlərin artımı yalnız yeni əmanətlər hesabına deyil, həmçinin əmanətçilər tərəfindən istifadə olunmamış bank faizləri hesabına da formalaşır.

Əhalinin yığımlardan istifadə etdiyi istiqamətlərdən daha biri sərmayələrdir. Dəqiq müqayisə prinsipini saxlamaq üçün bunun həcminin də yanvar-fevral ayları üzrə göstərilməsi məqsədəuyğundur. Belə ki, yanvar-fevral ayları ərzində əhalinin şəxsi vəsaitləri hesabına cəmi 25,9 mln. manat həcmində investisiya qoyuluşu həyata keçirilib.

Nəticədə, məlum olur ki, əhalinin gəlirlərindən son istehlak (71,7%) və vergilər, sosial sığorta və könüllü üzvlük haqları ilə bağlı ödənişlərdən (8,3%) sonra qalan vəsaitin 80%-dən çoxu və ya 638 mln. manatı əhalidə sərbəst vəsait şəklində saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR