Bank Of Baku

«Texnikabank»da yeni kütləvi ödəniş sistemləri tətbiq edilib

«Texnikabank»da yeni kütləvi ödəniş sistemləri tətbiq edilib
# 26 aprel 2011 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC «Agent pay» ödəniş sistemi üzrə xidmətlər göstərməyə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bankın bütün filiallarında bu ödəniş sistemi vasitəsi ilə müxtəlif kütləvi ödənişlər qəbul olunur.

Bankdan bildirib ki, baş ofis və filiallarla yanaşı bankın bankomat və informasiya köşklərində bu sistem vasitəsilə «Bakcell», «NarMobile», «Azerfon-Vodafone», «Fonex», «Aztelekom», BTRİB, «Catel», «Azdatakom», «Bakinternet», «Bakıelektrikşəbəkə», «Adanet», «Azeronline», «Connect ADSL», «AvirTel», «AzstarNet», «B&B TV», «Connect TV», «KaTV1» şirkətlərinin xidmətlərinə görə ödənişlər həyata keçirmək mümkündür.

Tezliklə «Azeriqaz», «Azercell», «AzEvroTel», «Ultel», «Azərenerji», «Uninet», «Eurocell», «Delta Max», «AzQtel», «Superonline», «Elcell», «Aile TV», «Digiturk» şirkətlərinin də sistemə əlavə edilməsi və ödənişlərin həyata keçirilməsi gözlənilir.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin fevralın 1-nə bankın aktivləri 496,880 mln. manat, depozit portfeli 247,061 mln. manat, kredit portfeli 368,085 mln. manat, məcmu kapitalı 64,545 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,685 mln. manat təşkil edib. Hazırda bankın 35 filialı, 60 bankomatı, 115 POS-terminalı 633 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR