Bank Of Baku

«Amrahbank» son bir ildə kredit portfelini 11% artırıb

«Amrahbank» son bir ildə kredit portfelini 11% artırıb
# 27 aprel 2011 07:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 74,890 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,1% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 11% artaraq 48,858 mln. manat, depozit portfeli 8% genişlənərək 41,994 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 3,48% artaraq 21,921 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,2% artaraq 14,387 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 1,8% artaraq 32 120, o cümlədən fiziki şəxslərin sayı 2% artaraq 28 612, hüquqi şəxslərin sayı isə 0,5% azalaraq 3 508 olub. Eyni zamanda, bankın aktiv plastik karatlarının sayı 1,4% artaraq 3 501-ə, o cümlədən debet kartlarının sayı 8,5% artaraq 3 317-yə, kredit karatlarının sayı isə 53,4% azalaraq 184-ə çatıb.

Qeyd olunan dövrdə bankın işçilərinin sayı 19,5% azalaraq 273 nəfər, orta aylıq əmək haqqı isə 44,7% artaraq 933 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 20 filialı, 20 bankomatı və 58 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR