Bank Of Baku

“Bank of Baku” yeni kredit kampaniyasına başlayır

“Bank of Baku” yeni kredit kampaniyasına başlayır
# 27 aprel 2011 07:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Bank of Baku” ASC “Bank of Baku” müştərilərinə “Hər bir ehtiyac üçün Pul Krediti!” şüarı altında geniş çeşiddə nağd pul kreditlərini təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən iş yerindən arayış təqdim edən hər bir şəxs 24 ay müddətinə 4 000 manatadək kredit almaq imkanı əldə edir.

Məbləğdən asılı olaraq müştərinin aylıq ödənişləri dəyişə bilər. Məsələn, 1000 manat kredit götürüldüyü halda aylıq ödəniş haqqı 55 manatdan başlayacaq, 2000 manat üçün ayda 110 manatdan, 4000 manat üçün ayda 220 manatdan başlayaraq ödəniş nəzərdə tutulur.

Qeyd edək ki, aylıq ödənişlər müsbət tarixçəli təkrar müştərilər üçün kreditin 2 il müddətinə verilmə şərti ilə hesablanıb. Digər müştərilər üçün aylıq ödənişlər faiz dərəcəsindən asılı olaraq dəyişə bilər. Kampaniya 2011-ci il may ayının sonunadək davam edəcək.

Kampaniya çərçivəsində sərfəli kreditdən bankın təkrar müştəriləri, banka ilk dəfə müraciət edən bütün dövlət və özəl müəssisələrinin əməkdaşları, həmçinin banka ilk dəfə müraciət edən bütün təhsil və tibb müəssisələrinin əməkdaşları faydalana bilər.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR