Bank Of Baku

«Xalq Bank» son bir ildə depozit portfelini 61% artırıb

«Xalq Bank» son bir ildə depozit portfelini 61% artırıb
# 27 aprel 2011 07:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 673,501 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 61% artaraq 453,524 mln. manat, kredit portfeli 24% artaraq 583,834 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 9,3% artaraq 90,899 mln. manat, o cümlədən nizamnamə kapitalı 36% artaraq 72,828 mln. manat təşkil edib.

Təhlil olunan dövrdə bankın cəmi müştəriləri 44,07% artaraq 17 127, aktiv plastik kartların sayı 52% artaraq 9 535 olub.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 12 filialı, 29 bankomatı, 45 POS-terminalı və 402 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR