Bank Of Baku

Avrozonanın dövlət borcu tarixi maksimuma çatıb

Avrozonanın dövlət borcu tarixi maksimuma çatıb
# 27 aprel 2011 08:06 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozona ölkələrinin dövlət borcu 2010-cu ildə tarixi maksimuma çatıb. “APA-Economics”in “Eurostat” agentliyinə istinadən xəbərinə görə, regionun dövlət borcu 2009-cu ildən bəri 5,5 faiz bəndi artaraq ÜDM-in 85,1%-nə bərabər olub.

Avropa İttifaqına (Aİ) üzv olan bütün ölkələrin dövlət borcunun həcmi də artaraq ÜDM-in 74,4%-dən 80%-ə yüksəlib.

“Eurostat” müsbət tendensiyalar da qeydə alıb. Ötən il avrozonanın və Aİ-nin dövlət büdcəsinin kəsiri müvafiq olaraq 6% və 6,4%-ə qədər azalıb. Bir il əvvəl bu göstərici 6,3% və 6,8% olub.

Aİ ölkələri arasında ən böyük büdcə kəsiri İrlandiyada qeydə alınıb - ÜDM-in 32,4%-i. Sonrakı yerlərdə Yunanıstan (10,5%), Böyük Britaniya (10,4%), İspaniya (9,2%) və Portuqaliya (9,1%) gəlir. Büdcəni profisitlə (0,1%) icra edən yeganə ölkə avrozonaya bu ildən daxil olan Estoniya olub. İsveçdə bu göstərici 0% olub.

ÜDM-ə nisbətdə ən az dövlət borcu da Estoniyada qeydə alınıb - 6,6%. İlk üçlüyü Bolqarıstan (16,2%) və Lüksemburq (18,4%) tamamlayır. Aİ-nin 14 ölkəsində dövlət borcu ÜDM-in 90%-dən çox olub - Yunanıstan (142,8%), İtaliya (119%), Belçika (96,8%), İrlandiya (96,2%), Portuqaliya (93%).

Aİ-nin ən böyük iqtisadiyyatına malik ölkələrdə isə ÜDM-in 60%-dən yuxarı dövlət borcu qeydə alınıb - Almaniya 83,2%, Fransa 81,7%, Böyük Britaniya 80%.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR