Bank Of Baku

«AccessBank» son bir ildə aktivlərini 16% artırıb

«AccessBank» son bir ildə aktivlərini 16% artırıb
# 27 aprel 2011 10:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 374,787 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,7% artaraq 264,563 mln. manata, o cümlədən istehlak kreditləri 38,6% artaraq 23,031 mln. manat, depozit portfeli isə 60% genişlənərək 98,893 mln. manata, o cümlədən əhalinin əmanətləri 64,3% artaraq 91,443 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 28,4% artaraq 86,455 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 41,800 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 9,4% artaraq 21,854 mln. manat, xərcləri isə 22% artaraq 17,115 mln. manat olub. Nəticədə, bankın mənfəəti 20% azalaraq 4,740 mln. manat təşkil edib.

Bu müddət ərzində bank tərəfindən əlavə 5 filial açılıb, 4 bankomat və 4 POS-terminal quraşdırılıb.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 28 filialı, 29 bankomatı və 52 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR