Bank Of Baku

«Parabank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub

«Parabank» yeni beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 27 aprel 2011 10:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Faster» adlı beynəlxalq təcili pulköçürmə sisteminə qoşulub. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bununla da bank qoşulduğu beynəlxalq pulköçürmə sistemlərinin ümumi sayını 11-ə çatdırıb.

Qazaxıstanın ilk beynəlxalq pulköçürmə sistemi olan «Faster»lə bank hesabı açmadan fiziki şəxslərə pulköçürmələr üçün nəzərdə tutulub. Bu sistem vasitəsi ilə Belarus, Gürcüstan, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Rusiya, Ukrayna və BƏƏ-yə pulköçürmə əməliyyatları həyata keçirmək mümkündür.

Sistemlə maksimum 10 min ABŞ dolları (avro) və ya 280 min Rusiya rublu məbləğində pul köçürmək olar.

Qeyd edək ki, «Parabank» ASC «Faster»lə yanaşı «Western Union», «Bıstraya Poçta», «Zolotaya Korona», «Contact», «Caspian Money Transfer», «Privat Money», «Coinstar», «Blizko», «Migom» və «Avers» sistemləri üzrə təcili pulköçürmə xidmətləri təklif edir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 16 filialı, 18 bankomatı və 148 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR