Bank Of Baku

«Dəmirbank»ın müştəriləri «Western Union» köçürmələri üzrə yeni kampaniyada iştirak edir

«Dəmirbank»ın müştəriləri «Western Union» köçürmələri üzrə yeni kampaniyada iştirak edir
# 27 aprel 2011 11:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Western Union» beynəlxalq pul köçürmələri sistemi ilə Azərbaycanın «Dəmirbank» ASC vasitəsilə pul köçürməsi həyata keçirən və ya alan müştərilər yeni stimullaşdırıcı kampaniyada hədiyyə və uduşlar əldə edə bilərlər. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Western Union» sistemi 6 tərəfdaş bank ilə iyulun 15-dək «Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm!» adlı kampaniya keçirir.

Kampaniya iki aksiyadan - lotereya və hədiyyə aksiyalarından ibarətdir. Belə ki, «Dəmirbank»da «Western Union» sistemi ilə pul köçürməsi edən və alan müştərilərə 2 fərqli kupon təqdim edilir. Müştəriyə təqdim edilən 1-ci kupon onun lotereyada iştirakını göstərir. Müştəri hər dəfə köçürmə etdikdə ona 1-ci kupondan verilir. Beləliklə, hər əməliyyat lotereyada qalib gəlmək üçün 1 şans verir. Lotereyanın qalibləri iyunun 15-də və iyulun 27-də müəyyən ediləcək. Ümumilikdə 10 nəfər hər biri 1 000 manat pul məbləği uda bilər.

Müştəriyə təqdim edilən 2-ci kupon isə hədiyyə aksiyasında iştirakı göstərir. Müştəri kampaniyanın müddətində hər dəfə pul köçürməsi etdikdə və aldıqda 2-ci kupona marka (möhür) vurulur. Müştəri banka dostunu və ya tanışını gətirdikdə və həmin şəxs «Western Union» ilə köçürmə etdikdə, müştəri öz kuponunda yenə möhür qazanır. Kuponda möhürlərin sayı 2-yə bərabər olduqda – foto çərçivə, 5-ə bərabər olduqda – portmone müştəriyə hədiyyə edilir.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. «Dəmirbank»ın aktivləri 2011-ci ilin aprelin 1-nə 323,456 mln. manat, kredit portfeli 237,279 mln. manat, depozit portfeli 139,365 mln. manat, məcmu kapitalı 48,562 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Bankın 30 filialı, 52 bankomatı, 253 POS-terminalı və 643 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR