Bank Of Baku

«Parabank»ın kredit portfeli son bir ildə 12% artıb

«Parabank»ın kredit portfeli son bir ildə 12% artıb
# 27 aprel 2011 12:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 72,553 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlərin həcmi 12% azalaraq 16,936 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər 22,3% artaraq 55,617 mln. manata, istehlak kreditləri 13,7% artaraq 39,089 mln. manata, vaxtı keçmiş kreditlərin həcmi isə 49% artaraq 4,780 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 16 filialı, 18 bankomatı və 148 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR