Bank Of Baku

Bakıda bir qrup mühasib beynəlxalq statuslu diploma təltif olunub

Bakıda bir qrup mühasib beynəlxalq statuslu diploma təltif olunub
# 27 aprel 2011 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda GRBS (G&R Business Services) şirkəti və Azərbaycan Auditorlar Palatasının iştirakı ilə «Mühasibat uçotu üzrə Milli Sertifikat» imtahanından uğurla keçmiş mühasiblərin təltifetmə mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə GRBS şirkətinin idarəedici direktoru Bəhram Qurbanov Mühasibat Uçotu üzrə Milli Sertifikat Proqramının Milli Mühasibatlıq Kvalifikasiyasının tərkib hissəsi olduğunu bildirib və bunun Azərbaycan Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində yaradıldığını qeyd edib.

Tədbirdə Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov GRBS tərəfindən kursların yüksək səviyyədə aparıldığını və imtahanların beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bildirib. Azərbaycan iqtisadiyyatının dayanıqlığından danışan V.Novruzov belə kursların keçirilməsinin gələcəkdə ölkədəki şirkət və müəssisələrdə mühasibatlıq sisteminin inkişafına böyük töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, kursda ümumilikdə 54 nəfər iştirak edib və bunlardan 24-ü «Mühasibat uçotu üzrə Milli Sertifikat» imtahanından uğurla keçib. Qalan 30 iştirakçı isə təlimdə iştirak haqqında sertifikatla təltif edilib.

İmtahanda iştirak edənlər Azərbaycan Dövlət Neft Şirkəti, «LUKoil Azerbaijan», «Nobel Oil», «Qobustan Neft», Bakı Banklararası Valyuta Birjası, «BASF Caspian», Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, «Salyan Neft», «Unibank» və digər şirkətləri təmsil edən mühasiblər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR