Bank Of Baku

Gələn həftə Bakıda Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn həftə Bakıda Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 27 aprel 2011 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Mayın 2-3-də Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətlərarası komissiyasının 3-cü iclası keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

BƏƏ-nin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan və BƏƏ hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, BƏƏ tərəfdən isə bu ölkənin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsuridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR