Bank Of Baku

Azərbaycanda auditdən keçməyən müəssisə və təşkilatlar cərimələnəcək

Azərbaycanda auditdən keçməyən müəssisə və təşkilatlar cərimələnəcək
# 27 aprel 2011 14:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda icbari qaydada auditdən keçməyən müəssisə və təşkilatlara qarşı maliyyə sanksiyaları tətbiq olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

V.Novruzovun sözlərinə görə, «Audit fəaliyyəti haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə dəyişikliklərə əsasən, qanunvericliklə icbari qaydada auditdən keçməyən müəssisə və təşkilatlara müəyyən məbləğdə cərimələr tətbiq ediləcək. Belə ki, cərimələrin məbləği fiziki şəxslər (təsərrüfat subyektinin məsul şəxsi) üçün 300-600 manat, hüquqi şəxslər üçün isə 1500-2500 manat həcmində müəyyənləşdirilib.

V.Novruzov bildirib ki, hazırda cərimələrin tətbiq edilmə mexanizmləri hazırlanır.

Qeyd edək ki, «Audit fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə görə, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar (MMC və dövlət müəssisələri istisna olmaqla) ildə bir dəfə icbari auditdən keçməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR