Bank Of Baku

Azərbaycanda auditdən daha fəal keçən banklar və bələdiyyələrdir

Azərbaycanda auditdən daha fəal keçən banklar və bələdiyyələrdir
# 28 aprel 2011 07:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda auditdən keçmə üzrə ən yaxşı göstəricilər bank sektorunda və bələdiyyələr üzrə müşahidə olunur. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

V.Novruzovun sözlərinə görə, qanunvericliklə nəzərdə tutulmuş tələblərə riayət etməyənlər, yəni icbari auditdən yayınanlar əsasən kiçik səhmdar cəmiyyətləridir. Lakin «Audit fəaliyyəti haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər hesabına bu nöqsanlar aradan qaldırılacaq. İcbari qaydada auditdən keçməyən müəssisə və təşkilatlara müəyyən məbləğdə cərimələr tətbiq ediləcək.

Qeyd edək ki, «Audit fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə görə, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar (MMC və dövlət müəssisələri istisna olmaqla) ildə bir dəfə icbari auditdən keçməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR